Xəzər Xəbər

Bakının 7 rayonunda dənizin çirklənmə səviyyəsi normadan artıqdır

Cəmiyyət | 14:38 • 21 Aprel 2020
Bakının 7 rayonunda dənizin çirklənmə səviyyəsi normadan artıqdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən Abşeron yarımadasının Xəzər sahili ərazilərində növbəti monitorinq keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

Xezerxeber.az-ın məlumatına görə, İdarənin direktoru Ərəstun Həsənov jurnalistlərə bildirib ki, Binəqədi, Sabunçu, Suraxanı, Xəzər, Xətai, Səbail və Qaradağ rayonlarının, həmçinin Sumqayıtın çimərlik ərazilərində aparılan monitorinqlərin nəticəsi dəniz suyunun çirklənmə səviyyəsinin bəzi ərazilərdə yenə də normadan artıq olduğunu göstərib: "Bilgəh, Nardaran, Pirşağı və Mərdəkan sahillərində isə çirklənmə səviyyəsi norma daxilindədir. Bu ərazilərdən götürülən su nümunələrinin müqayisəli təhlili göstərir ki, ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar ictimai-iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması səbəbindən dənizə atılan tullantılar kifayət qədər azalıb və dənizdə özünü bərpa, təmizləmə prosesi gedib”.

İdarə direktorunun sözlərinə görə, lakin Binəqədi, Qaradağ, Suraxanı, Xətai, Səbail və Sumqayıt sahillərində dəniz suyu bu gün də çirkli olaraq qalır. Çirklənmə səviyyəsində cüzi azalma müşahidə olunsa da, yenə də göstəricilər normadan artıqdır: "Buna səbəb ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin olmaması və yaşayış massivlərində formalaşan tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılmasıdır. Bu halların çimərlik mövsümünədək aradan qaldırılması üçün çirkləndiricilərə tərəfimizdən müvafiq tapşırıqlar verilib, xəbərdarlıq-bildiriş məktubları göndərilib".

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
520 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti