Xəzər Xəbər

“Regional İnkişaf” İnkişaf Birliyi ehtiyacı olan və yardım göstərmək istəyənlər üçün sosial portal yaradır

Cəmiyyət | 17:05 • 6 Aprel 2020
“Regional İnkişaf” İnkişaf Birliyi ehtiyacı olan və yardım göstərmək istəyənlər üçün sosial portal yaradır

Koronavirus (COVID-19) infeksiyasına qarşı Azərbaycanda dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində "Regional İnkişaf” İctimai Birliyi (RİİB) xüsusi rejim dövründə aztəminatlı ailələrə sosial yardım göstərmək istəyən şəxsləri vahid virtual məkanda birləşdirən portal yaradır. Hər bir aztəminatlı şəxs, eləcə də yardım göstərərək bu layihədə iştirak etmək istəyən hüquqi və ya fiziki şəxslər portalda qeydiyyatdan keçdikdən sonra onların əlaqələndirilməsi və müvafiq yardımların göstərilməsi təmin ediləcək.

Layihənin məqsədi dövlət tərəfindən həyata keçirilən sosial siyasətə dəstək göstərmək, köməyə ehtiyacı olan insanlara yardım etmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir.

Daxil olan müraciətlər RİİB tərəfindən araşdırılacaq, ərzaq sovqatları hazırlanacaq və onların qısa müddətdə ehtiyacı olan şəxslərə çatdırılması təmin ediləcək. Portalda daxil olan müraciətlər və göstərilən yardımlar barədə məlumatlar mütəmadi öz əksini tapacaq.

Ərzaq ehtiyacı olan aztəminatlı insanlar və onlara yardım etmək imkanı olan şəxslər portala onlayn qaydada, eləcə də RİİB-in "150” Çağrı mərkəzinə zəng etməklə müraciət edə bilərlər.

Xatırladaq ki, COVID-19 infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 20 aprel 2020-ci il tarixədək elan olunan xüsusi rejim dövründə bir sıra iş və xidmət sahələrinin fəaliyyəti müvəqqəti dayandırılıb, virusa yoluxmada risk qrupuna daxil olduğundan 65 yaşdan yuxarı şəxslərin evdən çıxışı qadağan edilib, yaxın təmasları azaltmaq məqsədi ilə insanların fərdi evlərindən və mənzillərindən çıxışı isə xüsusi qaydalarla tənzimlənməklə məhdudlaşdırılıb.

65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan "Regional İnkişaf” İctimai Birliyinin könüllüləri respublikanın bütün rayon və şəhərlərində bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edir, müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırılır, müxtəlif sosial xidmətlər göstərilir. (AZƏRTAC)


Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti