Xəzər Xəbər

COVID-19-a qarşı mübarizədə nəticə göstərən dərmanlar

Cəmiyyət | 10:21 • 6 Aprel 2020
COVID-19-a qarşı mübarizədə nəticə göstərən dərmanlar

Avropada koronavirus epidemiyasına yoluxmuş 3200 xəstədə sınanmış və nailiyyət əldə edilmiş dərmanların siyahısı açıqlanıb.

"Sözçü” xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Almaniyada nəticə verən "Remdevisir” adlı dərman vasitəsininsınaqlarına başlayıb və onun bu ayın sonunda istifadəsinə ba.şlanacağı gözlənilir.

Təxminən 100 min koronavirusa yoluxmuş xəstəsi olan Almaniyada ölənlərin sayının digər ölkələrlə müqayisədə az olduğu və daha da azalacağı qeyd edilib.

INSERM adlı təşkilatınaraşdırmalarına görə, 3200 xəstə üzərində sınanmışdərmanların siyahısı hazırlanıb.

Siyahıda ilk yerdə ebolaya qarşı hazırlanmış "Remdevisir” yer alır.

Malyariyaya qarşı 80 illik alman istehsalı "Chloroquin” tərkibli "Resochin” ikinci yerdə qərarlaşır.

Bundan sonra isə "Lopinavir” və "Ritonavir”in birgə qəbulu effektli dərman olaraq qeyd edilir.

O, əsasən, QİÇS-ə səbəb olan İİV viruslarına qarşı istifadə olunur. Lakin bu dərman Çində gözlənilən nəticəni verməyib.


Xəbər lenti