Xəzər Xəbər

Bakıda icazəsiz hərəkət edən şəxslərin barələrində tədbirlər görülür - FOTO

Cəmiyyət | 12:19 • 5 Aprel 2020
Bakıda icazəsiz hərəkət edən şəxslərin barələrində tədbirlər görülür -

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, nəzərdə tutulan tədbirlər icra olunur.

Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) xezerxeber.az-a verilən məlumata görə, DİN əməkdaşları tərəfindən koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Müvafiq icazə olmadan hərəkət edən şəxslər müəyyən olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülür.

Xəbər lenti