Xəzər Xəbər

Rusiyalı mütəxəssis: Koronavirusun əsas məqsədi yaşamaqdır

Cəmiyyət | 10:55 • 4 Aprel 2020
Rusiyalı mütəxəssis:

Rusiya Federal Tibbi-Bioloji Agentliyinin yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi Vladimir Nikiforov "Vladimir Solovyovla axşam” televiziya proqramında koronavirusun əsas məqsədini açıqlayıb.

Mütəxəssisin fikrincə, virusların əsas məqsədi çoxalmaqdır:

"Virus bu qədər qəddarolsaydı vəbizi öldürmək istəsəydi, Yer kürəsi uzun müddət tamamilə boş olardı və burada heç bir canlı qalmazdı”.

O, virusun yalnız xəstə, lakin canlı orqanizmdə yaşaya bildiyini vurğulayıb.

Eyni zamanda, bəşəriyyəti məhv etməklə virusun özünü də öldürəcəyini qeyd edən Nikiforov bütün canlıların məqsədinin yaşamaq olduğunu bildirib.

Xəbər lenti