Xəzər Xəbər

Avstraliyanın səhiyyə nazirindən qorxulu açıqlama "10 milyonu keçəcək"

Cəmiyyət | 14:13 • 3 Aprel 2020
Avstraliyanın səhiyyə nazirindən qorxulu açıqlama

Avstraliyanın səhiyyə naziri Brendon Mörfi dünyada koronavirusa yoluxan insanların sayının qat-qat artacağını bəyan edib.

BBC xəbər verir ki, mətbuat konfransı keçirən nazir Avstraliyada virusa yoluxma hallarının digər ölkələrə nisbətən azalacağını deyib: "Biz ən son texnologiyaya əsaslanan testlərdən istifadə edirik. Buna görə də virusa yoluxmaları qısa müddətdə müəyyənləşdirə və nəzarətə götürə bilirik. Dünyada isə virusa yoluxanların sayı daha da artacaq. Artıq 1 milyon şəxsdə virus olması dəqiqləşib. Düşünürəm bu say 10 milyonu keçəcək. İndi Çinin vəziyyəti nəzarət altına aldığını düşünsək də, əslində onların vəziyyəti çox qəlizdir. Çünki Çinin əhalisi həddindən artıq çoxdur və onların böyük əksəriyyətinin immuniteti yoxdur. ABŞ-da da yoluxma hallarının xeyli artacağını gözləyirik".

Qeyd edək ki, dünən dünyada koronavirusa yoluxanların sayı 1 milyonu, ölənlərin sayı isə 50 mini keçib./publika.az

Xəbər lenti