Xəzər Xəbər

Azərbaycanda 9 nəfər metil spirtindən zəhərlənib, onlardan 4-ü ölüb

Cəmiyyət | 10:23 • 2 Aprel 2020
 Azərbaycanda 9 nəfər metil spirtindən zəhərlənib, onlardan 4-ü ölüb

"Martın 21-dən 30-dək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə "Metil spirti” zəhərlənməsi diaqnozu ilə 9 xəstə müraciət edib, onlardan 4-ü ölüb”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

"Metil spirti” zəhərlənməsi ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi də vətəndaşlara çağırış edib: "Apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnızdezinfeksiyaməqsədilə istifadə olunması tövsiyə olunur. Adıçəkilən məhlulun hər hansı durulaşmadadaxilə qəbulu təhlükəli və yolverilməzdir. Çünki satışda olan və dezinfeksiya məqsədilə istifadə edilən, tərkibində bir atomlu spirtlər qrupundan etil spirti olan məhlullarda müvafiq farmakopeya məqalələrinin tələblərinə əsasən metil spirtinin – metanolun maksimum 200mkq/ml-ə qədər mövcud olması mümkündür. Metanolun daxilə qəbulu təhlükəlidir, belə ki, 5-10 ml ağır zəhərlənmə və korluq törətməyə qadirdir, 30 ml isə ölümcül ola bilər. Zəhərlənmə baş veribsə, intoksikasiya, ürək bulanması, qusma, şiddətli baş ağrısı, görmə qabiliyyətinin kəskin şəkildə pisləşməsi, korluq kimi simptomlarla aşkar edilir. Bu cür zəhərlənmə insanın vəziyyətinin pisləşməsi ilə - sianoz (dərinin və selikli qişaların göyərməsi), nəfəs darlığı, genişlənmiş göz bəbəkləri, konvulsiyalar və tənəffüs çatışmazlığından ölümə səbəb ola bilər. Əhalini diqqətli və ehtiyatlı olmağa çağırırıq!”.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti