Xəzər Xəbər

Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı artıb

Cəmiyyət | 12:56 • 1 Aprel 2020
Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı artıb

Bu ilin mart ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı fevral ayı ilə müqayisədə 1,55 faiz bəndi artıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, aprelin 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 36,1% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 3 faiz bəndi azdır. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Instagram" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı mart ayı ərzində 3,3 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin aprelin 1-nə 22,7% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təqribən 11,8 faiz bəndi çoxdur.

Bu ilin mart ayı ərzində ölkə üzrə "Pinterest" şəbəkəsinin istifadəçilərinin fəallığı 9,8 faiz bəndi azalıb. Aprelin 1-nə olan məlumata görə, "Pinterest" Azərbaycan sosial media bazarında 15,7% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz bəndi azdır.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Twitter"– 12,8, "YouTube" – 11%, "VKontakte" – 1% və s.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
534 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti