Xəzər Xəbər

Evdə virusların toplandığı əsas NÖQTƏLƏR - SİYAHI

Cəmiyyət | 11:04 • 31 Mart 2020
Evdə virusların toplandığı

Gündəlik fəaliyyət zamanı toxunduğunuz onlarla yer var. Daim istifadə olunan bu yerlər təmizlik zamanı unudulursa, viruslar, bakteriya və mikroblar çoxalmağa başlayır.

Təmizlənməsi vacib olan yerlərin siyahısını təqdim edirik.

Pəncərə tutacaqları

Xəstəliklərin qarşısını almaq üçün gün ərzində müəyyən fasilələrlə otağı havalandırmaq lazım olur. Bu səbəblə pəncərələri açarkən və bağlayarkən tutacaqlarla təmas yaranır. Onları hər gün antibakterial məhlulla silmək tövsiyə edilir.

Şkaf tutacaqları

Paltarınızı hər gün dəyişdiyinizi düşünsək, gün ərzində toxunduğunuz yerlərdən biri də şkaf tutacaqları olacaq. Tutacaqların üzərində bakteriyaların olduğunu nəzərə alaraq onları təmizləməyi unutmasanız yaxşı olar.

Sabun qabları

Əllərinizi təmizləmək üçün toxunduğunuz sabun dispenser başlığı virusların yaşaya biləcəyi yerlərdən biridir. Bu səbəblə vanna otağını təmizləyərkən sabun qablarını da silməyiniz məsləhətdir.

Elektrik yuvaları

Evdə yaşayan hər bir insanın gün ərzində ən azından bir dəfə toxunduğu elektrik yuvaları təmizlənməsi vacib yerlərdən biridir.

Kondisioner

Mütəmadi olaraq təmizlənməyən kondisionerin filtrində sağlamlığınız üçün təhlükə yarada biləcək mikroblar toplanır.

Qapı tutacaqları

Bir çox əlin toxunduğu qapı tutacaqları virus və bakteriyaların sığınması üçün uyğun nöqtədir. Onları gündəlik sirkə suyu və ya antibakterial bezlərlə silmək faydalıdır.

Texnoloji alətlər

İşinizi idarə etmək və ya əylənmək üçün kompüter, telefon, yaxud televizordan istifadə edirsiniz. Ancaq bu anda kompüter klaviaturasının, telefon ekranının və televizor idarəedicisinin təmiz olduğundan əmin olmalısınız./publika.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024

Xəbər lenti