Xəzər Xəbər

Diabetin müalicəsində yeni üsul təklif olundu

Cəmiyyət | 12:18 • 29 Mart 2020
Diabetin müalicəsində yeni üsul təklif olundu

Şanxay Biokimya və Hüceyrə biologiyası institutunun alimlərikök hüceyrələrindən mədəaltı vəzinin kiçik seqmentlərini (Langerhans adacıqları) yetişdiriblər. Mütəxəssislərin fikrincə, bu, diabetin müalicəsində irəliyə doğru atılmış mühüm addımdır.

"Xinhua” agentliyində yerləşdirilmiş press-relizdə bildirilir ki, kök hüceyrələri yetkin siçanların mədəaltı vəzisindən götürülüb. Daha sonra alimlər xüsusi mühitdə onları vəzinin adacıqlarını yaratmağa "məcbur ediblər”. Götürülən kök hüceyrələri bu seqmentlərin istənilən tipini formalaşdıra bilib.

Əldə edilən süni orqanoidlər öz funksiyaları və morfologiyasına görə əsl adacıqlara bənzəyib. Alimlər bu seqmentləri diabetli siçanlara transplantasiya etdikdə isə, onların qanında qlükozanın miqdarı normallaşıb, diabetin əlamətləri isə yoxa çıxıb.

Bu gün Langerhans adacıqlarının transplantasiyası diabetin müalicəsində ən effektli yanaşma hesab olunur. Lakin həkimlər donor çatışmazlığı ilə üzləşirlər. Ona görədə adacıqların laboratoriya şəraitində yetişdirilməsi bu problemi həll edə bilər.

Qeyd edək ki, Langerhans adacıqları mədəaltı vəzin daxili sekresiya hissəsidir. Adacıqlar insulinin ifrazına cavabdehdir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
440 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti