Xəzər Xəbər

DİN: Sosial şəbəkələrdə yayılan sənəd saxtadır

Cəmiyyət | 20:45 • 27 Mart 2020
DİN: Sosial şəbəkələrdə yayılan sənəd saxtadır
Sosial şəbəkələrdə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Teymur Hacıyevin adından yayılan sənəd saxtadır.

Bu barədə xezerxeber.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.

"Hazırda daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərindən irəli gələn məsələləri icra etməkdədir. Sosial şəbəkələrdə yayılan bu məlumat yalandır. Vətəndaşları rəsmi olmayan məlumatlara inanmamağa çağırıram”, - deyə o əlavə edib.

Xəbər lenti