Xəzər Xəbər

Sosial şəbəkələrdə görüntüləri yayılan avtoxuliqan həbs edilib

Cəmiyyət | 11:31 • 26 Mart 2020
Sosial şəbəkələrdə görüntüləri yayılan avtoxuliqan həbs edilib

2020-ci il martın 22-də Sabunçu rayonunun Maştağa qəsəbəsində "VAZ 2106" markalı avtomobili idarə edən sürücünün yol hərəkət qaydalarını davamlı şəkildə pozaraq avtoxuliqanlıq etməsini əks etdirən sosial şəbəkələrdə yerləşdirilmiş videogörüntülər Bakı şəhər BPİ-də araşdırılıb.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, müəyyən edilib ki, həmin gün saat 23 radələrində qəsəbə sakini Faiq Əliyev sürücülük hüququ olmadan idarə etdiyi "VAZ 2106” markalı avtomaşınla avtoxuliqanlıq etdiyinə görə Sabunçu RPİ DYPŞ əməkdaşları tərəfindən saxlanılarkən o və sərnişini, qəsəbə sakini, Cəbiyev Ceyhun polisin qanuni tələblərinə tabe olmayıblar.

Onlar saxlanılaraq Sabunçu RPİ 14-cü PB-yə gətiriliblər.

Toplanmış materiallar əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə sürücü Faiq Əliyev və Ceyhun Cəbiyev İXM-nin müvafiq maddələri ilə inzibati qaydada həbs ediliblər.

Eləcə də feysbuk sosial şəbəkəsində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində "əxlaqsız qadınların və cinsi azlıqların” yığışmasını əks etdirən videoda göstərilən xüsusatlar da araşdırılıb.

Qeyd olunan ərazidə fahişəliklə məşğul olan iki qadın saxlanılaraq barələrində İXM-nin 524.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə hər biri 100 manat məbləğində cərimə olunublar.

Həmçinin, eyni əməllə məşğul olan dörd qadın və cinsi azlığın iki nümayəndəsidə saxlanılaraq tibbi müayinəyə cəlb ediliblər. Onların narkotik vasitələrin təsiri altında olmaları müəyyən edildiyindən barələrində İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar Sabunçu Rayon Məhkəməsinəgöndərilib.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar