Xəzər Xəbər

Heydər Əliyev Fondu tərəfindən xaricdən tibbi ləvazimatlar gətirilib - Koronavirusla mübarizəyə dəstək - FOTO

Cəmiyyət | 14:43 • 18 Mart 2020
Heydər Əliyev Fondu tərəfindən xaricdən tibbi ləvazimatlar gətirilib -

Koronavirus xəstəliyinin ölkə ərazisində geniş yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın işinə dəstək olaraq Heydər Əliyev Fondu tərəfindən müxtəlif ölkələrdən tibbi ləvazimatlar gətirilib.

Xezerxeber.az-ın məlumatına görə, xüsusi tibbi maskalar, əlcəklər, qoruyucu eynəklər, tibbi geyimlər və dezinfeksiyaedici vasitələr müvafiq tibb müəssisələrinə verilib.

Xəbər lenti