Xəzər Xəbər

Qaş və kipriklərin tökülməsi

Cəmiyyət | 15:12 • 18 Mart 2020
Qaş və kipriklərin tökülməsi

Qadınların tez-tez üzləşdiyi problemlərdən biri qaş və kipriklərin tökülməsi və zəifləməsidir. Təbii ki, insan orqanizmi daim yeniləndiyi üçün normaldır. Lakin bu şiddətli hal aldıqda həkimə müraciət etmək lazımdır. Əksər hallarda buna kimyəvi maddələr, keyfiyyətsiz kosmetik vasitələr, bəzən də daxili problemlər səbəb olur.

Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova deyib: "Qaş və kipriklərin tökülmə səbəbləri hormonal problemlərlə əlaqədar olur, həmçinin hamiləlik dövrü və stress də ona səbəb olan əsas amillərdəndir. Süni kipriklərdən istifadə zamanı kipriklərin dibi tamamilə bağlı olduğuna görə soğancıqların cücərməsinə zərər verir. Süni kipriklərin tökülməsini laminasiya ilə bərpa etmək mümkündür”.

Gündəlik qida rasionunun çoxçeşidliyi və rəngarəngliyi daha sağlam və gur kipriklərə sahib olmağa kömək edir. Vitamin və mikroelementlər qaş və kipriklərin uzanma və güclənməsinə kömək edir.

Həkim-dermatoloq bu barədə məsləhət verərək bildirib: "Dəri kimi kiprik və qaşlar üçün də bir müddət makiyajsız qalmaq, nəfəs almaq faydalıdır. Bundan əlavə onlara düzgün qulluq göstərməklə də inkişafını təmin etmək olar”.

Onun dediyinə görə, qaş üçün istifadə olunan yağlardan biri də gənəkərçək yağıdır. Gənəkərçək yağı kipriklərin uzanmasına və daha qalın görünməsinə kömək edir. Normal halda yatmazdan əvvəl qaşa və kipriyə çəkilməsi müalicəvi təsir göstərir. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti