Xəzər Xəbər

Kliniki Tibbi Mərkəzə yerləşdirilən 46 nəfərin heç birində koronavirus aşkarlanmayıb

Cəmiyyət | 12:35 • 17 Mart 2020
 Kliniki Tibbi Mərkəzə yerləşdirilən 46 nəfərin heç birində koronavirus aşkarlanmayıb

Bu vaxta qədər 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) koronavirus şübhəsi ilə yerləşdirilən Azərbaycan vətəndaşlarının heç birində virus aşkar edilməyib.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, hazırda 9 nəfər stasionar karantin şəraitində saxlanılır:

"Koronavirus xəstəliyi yayılandan bu vaxta qədər mərkəzə 46 nəfər Azərbaycan vətəndaşı gətirilib. Onlardan heç birində koronavirus aşkar edilmədiyi üçün 37-si evə buraxılıb, 9 nəfər isə karantindədir".

Xəbər lenti