Xəzər Xəbər

Cəlilabad və Astara rayon Mərkəzi Xəstəxanalarına direktorlar təyin olunub

Cəmiyyət | 09:53 • 16 Mart 2020
Cəlilabad və Astara rayon Mərkəzi Xəstəxanalarına direktorlar təyin olunub

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Əmənullayev Oktay Xalıq oğlu "Astara rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə, Azadxanov Elnur Ramazan oğlu "Cəlilabad rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor vəzifəsinə təyin olunub.

Bu barədə xezerxeber.az-a TƏBİB-dən bildirilib.

Qeyd edək ki, TƏBİB tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur. TƏBİB-in fəaliyyətinin əsas məqsədi, tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir.

Xəbər lenti