Xəzər Xəbər

Azərbaycanın İstanbuldaki Baş Konsulluğunda da “qaynar xətt” yaradılıb

Cəmiyyət | 20:39 • 15 Mart 2020
Azərbaycanın İstanbuldaki Baş Konsulluğunda da “qaynar xətt” yaradılıb

Bu gün saat 00:00-dan etibarən Azərbaycan-Türkiyə arasında hava və quru nəqliyyatı hərəkətinin müvəqqəti dayandırılması qərarından sonra Türkiyədən, xüsusilə İstanbuldan soydaşlarımızın vətənə gətirilməsi ilə əlaqədar işlər davam etdirilir.

Azərbaycanın İstanbuldaki Baş Konsulluğundan verilən məlumata əsasən, bu tədbirlər çərçivəsində Türkiyədə yaşayan, səfərdə olan və təhsil alan vətəndaşlarımızın suallarını cavablandırmaq məqsədilə Baş Konsulluqda "qaynar xətt” yaradılıb.

Əlaqə telefonu: +90 212 325 80 42-45, +905312495007/Daxili nömrə: 111

Xəbər lenti