Xəzər Xəbər

Operativ qərargah Türkiyədə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi ilə bağlı məlumat yayıb

Cəmiyyət | 20:32 • 15 Mart 2020
Operativ qərargah Türkiyədə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi ilə bağlı məlumat yayıb

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində Azərbaycan və Türkiyə arasında qarşılıqlı razılıq əsasında sərnişinlərin hava və quru yolu ilə səfərlərinin müvəqqəti olaraq dayandırılmasından sonra Türkiyədə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi üçün bu gün Türk Hava Yolları və Azərbaycan Hava Yollarının İstanbul-Bakı istiqaməti üzrə uçuşları həyata keçirilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a bildirilib ki, Türkiyə ərazisində müvəqqəti əsasda olan Azərbaycan Respublikası vətəndaşlarının növbəti günlər ərzində Azərbaycana gətirilməsini təmin etmək üçün Azərbaycan Hava Yolları tərəfindən Türkiyə istiqaməti üzrə çarter reysləri həyata keçiriləcək.

Azərbaycana qayıtmaq istəyən vətəndaşların Azərbaycan Respublikasının Ankaradakı Səfirliyi və ya İstanbuldakı Baş konsulluğunda qeydiyyatdan keçmələri xahiş olunur.

Geri qayıtmaq üçün müraciət edən vətəndaşlar sırasında aşağıdakı hallara üstünlük veriləcək:

- Türkiyə ərazisində müvəqqəti və ya qısa müddətli əsasda olan;

- Türkiyə ərazisindən tranzit məqsədləri üçün istifadə edən;

- Azərbaycan Hava Yolları ilə qarşıdan gələn günlər üzrə geri qayıtma bileti olan;

- Yaşlı olan, azyaşlı uşağı olan və ya xəstəlik durumu olan şəxslər.

Türkiyədən qayıdan şəxslər müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejiminə yerləşdiriləcəklər. Bütün vətəndaşlardan karantin rejiminə ciddi şəkildə riayət etmək tələb olunur.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş və dünyanın əksər ölkələri fövqəladə vəziyyət rejiminə keçib.

İnsanların səfərlər şəraitində digər insanlarla təmas və yoluxma riskinin yüksək olduğunu və indiki halda ən yaxşı mühafizənin qaldığı yerdə özünü karantin olduğunu nəzərə alaraq, ölkə daxilində və ölkə xaricində olan vətəndaşlara səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti