Xəzər Xəbər

Bakıda reydlər zamanı yeni pozuntular aşkarlanıb - FOTO

Cəmiyyət | 16:51 • 15 Mart 2020
Bakıda reydlər zamanı yeni pozuntular aşkarlanıb -

Ötən gün Bakı Şəhər Ticarət və Xidmət Departamenti rayon polis idarələri ilə birgə paytaxtın ictimai iaşə obyektlərində, kafe və restoranlarında qəlyan çəkilməsinin qarşısının alınması məqsədilə reydləri davam edib.

Bakı Şəhər İcra Hakimiyyətindən xezerxeber.az-a verilən məlumata görə, qəlyan çəkilməsinin bir sıra virus infeksiyaların yayılmasına səbəb olacağı barədə müvafiq xəbərdarlıqların olmasına baxmayaraq bəzi obyekt sahibləri tərəfindən pul qazanmaq həvəsi vətəndaşlarımızın sağlamlığından daha üstün tutulduğundan reydlər zamanı yeni pozuntular aşkarlanıb. Bu neqativ hallar Səbail rayonu, İçəri şəhərdəki "Museum İnn” otelinin kafesində, Nəsimi rayonu Süleyman Rüstəm küçəsi 11 ünvanındakı "Pafos” Karaoke Sinema Klubda, Cavadxan küçəsindəki "Korona” kafesində, Nəsimi rayonundakı "Badam” çay evində, Sabunçu rayonunda "MM” çay evində, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "Çardaq” kafesində aşkar edilib.

Departament rəsmiləri və hüquq-mühafizə orqanları tərəfindən belə obyektlərin sahiblərinə ciddi xəbərdarlıq edilmişdir. Növbəti günlərdə keçiriləcək reydlərdə neqativ hallar aşkarlanan obyektlərin sahiblərinin də adları ictimaiyyətə çatdırılacaqdır.

Bununla bağlı müvafiq tədbirlər və reydlər davam etdiriləcəkdir.

Xəbər lenti