Xəzər Xəbər

Smartfonlar erkən əqli zəifliyə səbəb olur - XƏBƏRDARLIQ

Cəmiyyət | 22:12 • 10 Mart 2020
Smartfonlar erkən əqli zəifliyə səbəb olur -

Müasir cəmiyyətdə rəqəmləşdirilmə sistemindən həddindən artıq istifadə edilməsi əmək qabiliyyyyətinə malik 30 yaşdan 50 yaşa qədər olan insanlların tez-tez beyin yorğunluğundan şikayətlənməsinə gətirib çıxarır. Neyroxirurq və yaddaş klinikasının direktoru Ayumi Okumura hesab edir ki, unutqanlıq ən yaxın zamanlaradək yaşlı adamlara xas xüsusiyyət idi, amma indi bu hal gənclərdə də müşahidə olunur. Direktor bunu insanların vaxtlarının çox hissəsini kompüter arxasında və yaxud da smartfonlardan istifadə etməklə keçirmələri ilə əlaqələndirir.


Xezerxeber.az "Medikforuma” istinadla bildirir ki, beyin vaxtaşırı sosial şəbəkələrdən məlumatlar qəbul etməyə, videolara, fotolora baxmağa, məktubları oxumağa məcbur olur və bu da onun yorulmasına gətirib çıxarır.


Məlumdur ki, beş hissiyyat orqanı – göz, qulaq, iy, dad, hiss orqanları vasitəsi ilə qəbul edilən hər bir informasiya beynin ağıl hissəsinin payına düşür və ondan sonra ilkin işlənmə üçün digər hissələrə ötürülür. İnformasiya dalğası ona gətirib çıxarır ki, beyn ağıl hissəsinin payına düşən işin həcminin öhdəsindən gəlməyə qadir olmur, fikirlərə nəzarət, emosiyaların idarə olunmasına təsir edə bilmir.

"Daxil edilən informasıyanın miqdarı həddindən artıq çoxalır, həzm olunmadan beyni yükləyir və bunun nəticəsində beyin zibil evinə dönür”, - deyə Okumara bildirir.


Beyni yorulan insan adi hallarda səhvlərə yol verməyə başlayır, materialı yadda saxlaması çətinləşir, emosiyalarına nəzarət edə bilmir, qıcıqlanır və əsəbi olur. Onda ilkin əqli zəiflik və depresiya əlamətlərini xatırladan maraq və motivasiya hisləri itir.


Kompüter vasitəsilə işdə eyni zamanda bir-neçə tapşırığı yerinə yetirən müasir insan sadəcə öz istirahətinə vaxt ayırmalıdır. Əgər o, hətta məişət işlərini görərkən, smartfondan ayrıla bilmirsə və bununla paralel olaraq müxtəlif saytlara girib videolara baxırsa və ya oyun oynayırsa, onda öz beynini stres vəziyyətində saxlayır. Heç də təəccüblü deyil ki, bir qədər keçəndən sonra o, yorğunluq hiss edir və fikrini cəmləmək qabiliyyətini itirir. Bu da öz növbəsində demensiyanın və stresin inkişafına gətirib çıxarır.


Beyin aparatının effektivlyini yüksəltmək və onun xidmət müddətini artırmaq üçün mütəxəssislər beyinə istirahət verməyi tövsiyə edir. Bunun üçün sadəcə qadjetlərdən istifadənin müddətinin azaldılması və kifayət qədər yatmaq tələb olunur.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti