Xəzər Xəbər

Humay Qədimovanın avtomobilindən oğurluq edən şəxs tutulub

Cəmiyyət | 17:05 • 10 Mart 2020
Humay Qədimovanın avtomobilindən oğurluq edən şəxs tutulub

Yanvarın 12-də günorta saatlarında Səbail rayonu T.Elçin küçəsində "Tayota” markalı avtomobildən açıq qapıdan daxil olmaqla Humay Qədimovaya məxsus içərisində 3500 manat pul kisəsinin oğurlanmasına görə polisə müraciət daxil olub.


Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, həmin müraciət üzrə Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi, Səbail RPİ Cinayət-axtarış şöbəsi, 9-cu polis bölməsi və Neftçala RPŞ-nin birgə keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə CM-nin 177-ci maddəsi ilə axtarışda olan, 1993-cü il təvəllüdlü Nurəddin Qarayev saxlanılaraq istintaqa təhvil verilib.


İlkin araşdırmalar zamanı müəyyən olunub ki, o, fevralın 11-də Xətai rayonu Telnov küçəsində "Tayota” markalı avtomobildən eyni üsulla 1200 manat dəyərində noutbuk oğurlayıb.


Onun barəsində Səbail RPİ İstintaq şöbəsində CM-nin müvafiq maddələri ilə cinayət işi açılıb.


Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti