Xəzər Xəbər

AAYDA: Heydər Əliyev prospektindəki təhlükə aradan qaldırıldı

Cəmiyyət | 15:43 • 10 Mart 2020
AAYDA:

Paytaxtın Heydər Əliyev prospektində körpüdən asılan dəmir boru maneədəki təhlükə aradan qaldırılıb.

Bunu açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, hadisə yerinə agentlik əməkdaşları cəlb edilib və problem aradan qaldırılıb:

"Həmin dəmir borular ərazidən ona görə asılıb ki, ağır tonlu yük maşınları həmin ərazidən dönmə əməliyyatı aparmasın. Bəzi sürücülər isə özləri bilərəkdən dəmir borunun asqısını qıraraq borunu oradan götürməklə həmin ərazidən keçməyə cəhd edir. Dəmir asqını da elə həmin sürücülər qırıblar. Agentlik əməkdaşları həmin asqını yenidən bərpa ediblər. Hazırda ərazidə heç bir təhlükə yoxdur".

Xatırladaq ki, adı çəkilən ərazidə iri tonlu yük maşınlarının dönmə əməliyyatı aparmaması üçün körpüdən iki dəmir boru asılıb. Borulardan birinin asqısı isə qırılmışdı.


Rubrikanın digər xəbərləri

Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
449 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti