Xəzər Xəbər

Misirdə azərbaycanlı qızın uğurundan danışırlar

Cəmiyyət | 17:48 • 9 Mart 2020
Misirdə azərbaycanlı qızın uğurundan danışırlar

Misirin nüfuzlu "Əl-Axbar" qəzetində mühüm ixtiralara imza atmış üç gəncin uğurlarından bəhs edilib. Məqalədə Azərbaycan əsilli, Qahirədə dünyaya gəlmiş 15 yaşlı Sandi Səlimin danışma və eşitmə qüsurlu insanlar üçün ixtira etdiyi cihaza geniş yer verilib. Bu aparat onlara rahat ünsiyyət qurmağa imkan verir. Sandi Misirdə keçirilən gənc ixtiraçıların müsabiqəsində ikinci yeri tutub. Qahirə şəhərinin meri martın 9-da qalibləri qəbul edərək onlara uğurlar arzulayıb.


Gənc soydaşımız AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində bildirib ki, onun bütün ailə üzvləri doğma Azərbaycanla bağlı bütün tədbirlərdə fəal iştirak edir, xalqımızın mədəni irsini və adət-ənənələrini təbliğ edirlər. Sandi dünyaşöhrətli müğənni Sami Yusifin də məzunu olduğu "British Music Academy"də magistr səviyyəsində musiqi təhsili də alıb, dəfələrlə mahnı müsabiqələrində iştirak edib, Misirin "Nil Mədəniyyət" telekanalında "Sarı gəlin" mahnısını ifa edib. O, bu yaxınlarda Azərbaycanın Misirdəki səfirliyində təqdimatı olmuş "Xocalı soyqırımı və itirilmiş ədalət" filmində Xocalıdan olan qız obrazını da canlandırıb. Gənc soydaşımız rəssamlıqla da məşğul olur. Onun Qahirədə üç fərdi sərgisi keçirilib.


İstedadlı gənc qız deyir: "Mənim qəlbim doğma Azərbaycanla döyünür. Arzum tibb mütəxəssisi olmaq, xalıqımı ləyaqətlə təmsil etməkdir. Ulu öndər Heydər Əliyevin "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" kəlamı həyatımın əsas qayəsi olacaq".


Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti