Xəzər Xəbər

Piylənmə qripi daha da təhlükəli edə bilər – Alimlərdən xəbərdarlıq

Cəmiyyət | 16:26 • 8 Mart 2020
Piylənmə qripi daha da təhlükəli edə bilər

Normadan artıq çəki və piylənmə qrip virusunun virulentliyinin (mikrobun xəstəlik törətmə qabiliyyəti – red.) güclənməsinə kömək edir.

"American Society for Microbiology” jurnalına əsasən, belə bir qənaətə apardıqları araşdırmalar nəticəsində Müqəddəs İuda Uşaq Tədqiqat Xəstəxanasının alimləri gəliblər.

Daha öncəki tədqiqatlar göstərir ki, bədən kütləsi indeksi yüksək olan insanlar nəfəs alarkən, daha çox virus hissəciklərini udurlar.

Siçanlar üzərində aparılan araşdırmalar nəticəsində məlum olubki, heyvanda piylənmə olduqda, qrip virusu ağciyərlərə daha dərindən nüfuz edir və daha uzun müddət saxlanılır.

Tədqiqatın müəllifi professor Steysi Şults-Çerrinin fikrincə, piylənmənin mikromühiti buvirusundaha sürətli dəyişməsinə imkan verir və buna görə də qrip peyvəndi hər il yenilənməli olur.

Təcrübə çərçivəsində, alimlər normal və artıq çəkilisiçanları bu xəstəliyə yoluxdurublar.

Tədqiqatçılar epidemiya mühiti yaratmaq üçün, virus orqanizmdə inkişaf etdikdən sonra fərdlər arasında onun hissəciklərinin mübadiləsini aparıblar.

Məlum olub ki, piylənməsi olan siçanlar arasında ötürüldükdə virus dəyişib. Tədqiqatartıq çəkili siçanlardavirusa reaksiyasının daha yavaş olduğunu göstərib. Bu da onun daha sürətli inkişaf etdirməsinə imkan verib.

oxu.az

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
520 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti