Xəzər Xəbər

Dünya Səhiyyə Təşkilatı koronavirusa yoluxanların sayını açıqlayıb

Cəmiyyət | 14:12 • 6 Mart 2020
Dünya Səhiyyə Təşkilatı koronavirusa yoluxanların sayını açıqlayıb

Dünyada 98 851 nəfər koronavirusa yoluxub.


Xezerxeber.az-ın Dünya Səhiyyə Təşkilatına (DST) istinadən verdiyi xəbərə görə, indiyədək 3390 nəfər koronavirusdan ölüb.


Virusa yoluxanlardan 55 807 nəfər sağalıb.


Hazırda 39 654 nəfərin xəstəliyi davam edir. Onlardan 33 350 nəfərin vəziyyəti stabildir, 6272 nəfərin vəziyyəti isə kritikdir.


Koronavirusun kütləvi yayıldığı ölkələr Çin, Cənubi Koreya, İtaliya və İrandır.

Xəbər lenti