Xəzər Xəbər

Bioloji qida əlavələri təkrar ekspertizadan keçiriləcək

Cəmiyyət | 12:01 • 6 Mart 2020
Bioloji qida əlavələri təkrar ekspertizadan keçiriləcək

Fevralın 11-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə (AEM) məktub daxil olub.


Xezerxeber.az-ın AEM-ə istinadən verdiyi xəbərə görə, məktubda Agentliyə idxalçılar tərəfindən təqdim edilən məhsullar barəsində məlumatlar və Mərkəz tərəfindən təqdim edilmiş rəydə uyğunsuzluqların aşkar edilməsi səbəbindən ölkəyə idxal edilən məhsulun hər seriyasına dair rəyin verilməsinin daha məqsədəmüvafiq olması qeyd edilib.


Bildirilib ki, Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi” Qaydasının 3.18-ci maddəsinə əsasən təkrar ekspertizanın həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə Bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) idxal zamanı təkrar ekspertizasının həyata keçirilməsi ilə bağlı AEM tərəfindən aşağıdakı tədbirlərin həyata keçirilməsi planlaşdırılır:


- BFMQƏ-nin idxal zamanı ekspertizasını həyata keçirilməsi məqsədilə idxalçı lazımi sənədlər və ekspertizanın həyata keçirilməsi üçün Ərizə ilə birgə Mərkəzə müraciət etməlidir;


- BFMQƏ-lər Azərbaycan Respublikası gömrük ərazisinə daxil olduqda, Mərkəzin əməkdaşları tərəfindən təsadüfi seçmə yolu ilə nümunələr götürüləcək;


- Ekspertizanın məbləği ödənildikdən sonra nümunələr BFMQƏ-lərin ekspertizasının həyata keçirilməsi məqsədilə Mərkəzə gətiriləcək və 5 iş günü müddətində ekspertizadan keçiriləcək;


- Ekspertizanın nəticələrinin əsli Ərizəçiyə, surəti isə AQTA-ya göndəriləcək.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti