Xəzər Xəbər

Dünya üzrə koronavirusla bağlı son göstəricilər ÜST AÇIQLADI

Cəmiyyət | 11:53 • 6 Mart 2020
Dünya üzrə koronavirusla bağlı son göstəricilər

Ümumdünya Səhiyyə Təşiklatı koronavirusla bağlı son statistik məlumatları və risk göstəricilərini yayımlayıb.


Xezerxeber.az-ın məlumatına görə, son 24 saat ərzində Bosniya və Herseqovina, Cəbəli-Tariq, Macarıstan, Sloveniya, işğal olunmuş Fələstin ərazilərində koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.


Təsdiqlənmiş yoluxma hallarının sayı:


Belə ki, dünya üzrə 2241-i yeni olmaqla ümumilikdə 95 333 yoluxma halı aşkarlanıb. Çində isə bu rəqəm 80 565 minə çatıb. Həmçinin burada 3015 ölüm qeydə alınıb. Onlardan 31-i son 24 saat içində ölənlərdir.


Çindən başqa digər ölkələrdə yoluxma sayı ümumilikdə 85 ölkə/ərazi üzrə 14 768 nəfərdir. Onların içərisində yoluxan 267 şəxs artıq ölüb.


ÜST-ün risk qiymətləndirməsi:


Çində: Çox yüksək


Regional səviyyədə: Çox yüksək


Qlobal səviyyədə: Çox yüksək

Xəbər lenti