Xəzər Xəbər

Yaponiyalı alimlər Azərbaycanın Mezolit və Neolit dövrünə aid tapıntıları tədqiq edir

Cəmiyyət | 13:10 • 4 Mart 2020
Yaponiyalı alimlər Azərbaycanın Mezolit və Neolit dövrünə aid tapıntıları tədqiq edir

Tokiodakı Kokuqakuin Universitetinin Yazı fakültəsinin doktoru, arxeoloq Hiroto Nakata və Yaponiya Elmin İnkişafı Fondunun və Perspektivli Tədqiqatlar Universitetinin doktoru, arxeoloq Sayci Arai AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdindəki Arxeoloji Fondda kameral tədqiqatlar aparır.


AMEA-dan xezerxeber.az-a bildirilib ki, yaponiyalı alimlərin kameral tədqiqatlarının əsas obyekti - arxeoloji qazıntılar zamanı Azərbaycan ərazisində aşkar edilmiş Mezolit və Neolit dövrünə aid daş və sümük əmək alətləridir. Aşkarlanmış alətlərin trasoloji analizi Azərbaycan ərazisində yaşamış Mezolit və Neolit dövrü insanlarının daş və sümük emalı texnologiyalarının oxşar və fərqli xüsusiyyətlərinin müəyyən edilməsi, yerli özəlliklərin və əhalinin mümkün miqrasiya vektorlarının təyinidir. Eyni zamanda, yaponiyalı mütəxəssislərin müasir texnologiyalar vasitəsilə apardığı tədqiqatlar Mezolit dövründə Azərbaycan ərazisinin iqlimi, flora və faunası barədə təsəvvür yaratmağa imkan verir.


Qeyd edək ki, yaponiyalı mütəxəssislər 2015-2019-cu illər arasında Azərbaycanın qərb rayonlarında, əsasən də Qazax rayonun hüdudlarında yerləşmiş Avey dağı ərazisində və Damcılı mağarasında tədqiqat aparan Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının üzvləridir.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti