Xəzər Xəbər

Bal, qoz, çuğundur... - Orqanizm üçün faydalı 5 məhsul

Cəmiyyət | 15:06 • 3 Mart 2020
Bal, qoz, çuğundur... - Orqanizm üçün faydalı 5 məhsul

Orqanizmə daxil olan maddələr bağırsaqlarda sovrulur.

Bu baxımdan bağırsaqların normal işləməsi orqanizm üçün çox vacibdir.

Bağırsaqlar üçün ən faydalı məhsulları təqdim edirik:

1. Buğda kəpəyi - bağırsaqları təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır.

2. Çuğundur - bu tərəvəz bağırsaqlar üçün ən faydalı sayılır. Bərk qidalı liflərlə zəngin olan çuğundur bağırsaqları təmizləyır, disbakteriozu müalicə etməyə kömək edir.

3. Qoz - yeni elmi araşdırmalar göstərib ki, qoz düz bağırsağın xərçəng xəstəliyinin riskini azaldır.

4. Kefir - bağırsaqlarda çürümə prosesləri azaldır, mikrofloranın bərpasına kömək edir.

5. Bal - güclü iltihab və mikrob əleyhinə, yarasağaldan təsirə malik olan bal bağırsaqların selikli qişasına müsbət təsir edir./publika.az

Xəbər lenti