Xəzər Xəbər

TƏBİB-dən Azərbaycanda koronavirusa yoluxan şəxslərlə bağlı - AÇIQLAMA

Cəmiyyət | 11:59 • 1 Mart 2020
TƏBİB-dən Azərbaycanda koronavirusa yoluxan şəxslərlə bağlı -

"Azərbaycanda koronavirus aşkarlanmış üç xəstənin vəziyyətində ağırlaşma yoxdur”.


Bunu Modern.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.


O qeyd edib ki, hazırda xəstələrin vəziyyəti stabildir.


TƏBİB rəsmisinin sözlərinə görə, koronavirusa yoluxan yeni xəstə yoxdur.


Xatırladaq ki, Azərbaycanda koronavirus aşkarlanan ilk şəxs 1997-ci il təvəllüdlüdür. O, Rusiya vətəndaşıdır.


Digər şəxslərdən biri 17 iyul 1973-cü iı təvəllüdlü Azərbaycan vətəndaşıdır. Xəstəxanaya fevralın 26-da daxil olub. Həmin şəxs bir gün Tehranda, üç gün isə Təbrizdə səfərdə olub.


29 aprel 1998-ci il təvəllüdlü üçüncü koronavirus aşkarlanan şəxs də fevralın 26-da xəstəxanaya yerləşdirilib və Qum şəhərindən gəlib.

Xəbər lenti