Xəzər Xəbər

Ali və orta ixtisas məktəblərinə qəbul olan şəxslərin 16 faizi təhsilini başa vurmur

Cəmiyyət | 14:30 • 28 Fevral 2020
 Ali və orta ixtisas məktəblərinə qəbul olan şəxslərin 16 faizi təhsilini başa vurmur

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olan şəxslərin neçə faizinin tədris proqramı üzrə nəzərdə tutulmuş təhsil müddətində təhsilini başa vurmadığı açıqlanıb.


Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət elektron informasiya sistemləri şöbəsinin müdiri Vüqar Əkbərov APA-ya açıqlamasında bildirib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olan şəxslərdən orta statistik göstəricilərə əsasən təqribən 16 %-i bu və ya digər səbəbdən tədris proqramı üzrə nəzərdə tutulmuş təhsil müddətində təhsilini başa vurmur.


O eyni zamanda qeyd edib ki, Dövlət İmtahan Mərkəzindən kənar ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yaxud diplomun həqiqi olmaması halları aşkar edildikdə bu barədə Mərkəz tərəfindən müvafiq dövlət orqanlarına məlumat verilir.


V.Əkbərov "Tələbə-məzun” və "Şagird-məzun” dövlət elektron informasiya sistemlərində olan şəxslərin sayını da açıqlayıb.


Şöbə müdiri deyib ki, hazırda "Tələbə-məzun” dövlət elektron informasiya sistemində hazırda 1.000.000 nəfərdən çox şəxs haqqında təhsil məlumatları mövcuddur. "Şagird-məzun” dövlət elektron məlumat sistemində isə hazırda 1,6 milyon şəxs barədə 4 milyondan çox fərdi və təhsil məluimatları var.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti