Xəzər Xəbər

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan satıcılar cərimələnib

Cəmiyyət | 15:39 • 26 Fevral 2020
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan satıcılar cərimələnib

Səbail rayonu ərazisindəki 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.


Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Səbail RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.


Həmin mağazaların satıcıları – D.Əhmədov və Ş.Şəfiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Xəbər lenti