Xəzər Xəbər

Uşaqlarınızı bu şəkildə böyütsəniz... Mütəxəssis AÇIQLADI

Cəmiyyət | 12:04 • 23 Fevral 2020
Uşaqlarınızı bu şəkildə böyütsəniz...

Uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis Dr. Semih Demirkıran kiçik yaşlardan nizamlı bir şəkildə edilən idmanın uşaqların inkişafı və sağlamlığı üçün çox əhəmiyyətli olduğunu bildirib.

Demirkıran hərəkətsizliyin uşaqlarda piylənmə, diabet və diqqət problemləri kimi risk faktorlarını ortaya qoyduğunu ifadə edib.

Həkim sağlam uşaqlarda idmana başlayarkən yaşdan daha çox yüklənmə şiddətinin düzgün təyin olunmasının vacib nüans olduğunu qeyd edib: "Uşaqların idmana ilk olaraq üzgüçülük, atletika, gimnastika ya da baletlə başlaması düzgün seçimdir. Valideynlər 6-12 aylıq uşaqları üzgüçülük, 18 aylıq uşaqların isə gimnastika ilə məşğul olmalarını təmin edə bilərlər. 3 və 6 yaş arası idman təhsili alan uşaqların 6-7 yaşından sonra fərdi və ya komanda idmanlarına uyğunlaşması asanlaşır və müvəffəqiyyət səviyyələri də artır”.

Demirkıran uşaqların yarışlarda daim hədəf kimi birinci yeri beyinlərində qət etmələrinin psixologiyalarına mənfi təsir etdiyini vurğulayıb: "Birinci yer əvəzinə üst pillələrin hədəf seçilməsi daha məqsədəuyğundur. Mütləq deyil ki, birinci yer hədəf götürülsün. Üst pillələr hədəf qoyulanda, uşaqların üzərindəki gərginlik azalır”.

Daha sonra həkim valideynlərin övladlarını uğurlu seçimlər etməsi üçün düzgün istiqamətləndirməsindən söz açıb: "Valideynlərin övladlarını oxumağa təşviq etmələri və uşaqlarının orta məktəb uğurlarının stabil qalması vacibdir. Bundan əlavə, müntəzəm idman həyatı yaşayan uşaqların daha sağlam olduqları və fiziki inkişaflarının sürətli olduğunu görürük. İdman onlara psixoloji cəhətdən müsbət təsir göstərir və bütün bunlar məktəbdə uğur qazanmağa kömək edir”./publika.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti