Xəzər Xəbər

Tapdığı pulu sahibinə qaytardı - FOTO

Cəmiyyət | 17:42 • 14 Fevral 2020
Tapdığı pulu sahibinə qaytardı -

Fevralın 12-də Daxili İşlər Nazirliyinin (DİN) 102 - zəng mərkəzi xidmətinə müraciət edən vətəndaş həmin gün Səbail rayonu ərazisində pulqabısını itirməsi barədə məlumat verib.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, müraciətlə əlaqədar Bakı şəhər sakini Nüsrət Sultanov Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə dəvət edilib. O, paytaxtın Nizami küçəsində içərisində bank kartları, sənədləri və 980 manat olan pulqabısını naməlum şəraitdə itirdiyini deyib.

Polis əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlərə başlanıb. Həmin gün axşam saatlarında DİN-in 102 - zəng mərkəzinə müraciət edən digər bir vətəndaş isə yerdən pulqabı tapdığını bildirərək sahibinə qaytarılması üçün polisə təhvil vermək istəməsini bildirib.


Həmin şəxs - Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Həsən Həsənov da 9-cu polis bölməsinə dəvət edilib. O, içərisində bank kartları, sənədlər və pul olan pulqabını polisə təhvil verib. Araşdırma zamanı məlum olub ki, bu, N.Sultanovun itirdiyi, ona məxsus sənədlər və pul olan pulqabıdır.


H.Həsənov Nizami küçəsində olarkən həmin pulqabını yerdən tapdığını, içində sənədlər olduğundan onu sahibinə qaytarmaq üçün ancaq polisə etibar etdiyini deyib. Hər iki şəxs 9-cu polis bölməsinə dəvət edilib, polis əməkdaşlarının iştirakı ilə həmin pulqabı sahibinə qaytarılıb.


Nüsrət Sultanov və Həsən Həsənov göstərdikləri bu köməyə görə polis əməkdaşlarına təşəkkürlərini bildiriblər. Onlar Azərbaycan polisinin etimad ünvanı olduğunu və ona güvəndiklərini qeyd ediblər.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti