Xəzər Xəbər

FHN: Badamdar sürüşmə kütləsindən torpaq hissəsi ayrılıb

Cəmiyyət | 14:26 • 14 Fevral 2020
 FHN: Badamdar sürüşmə kütləsindən torpaq hissəsi ayrılıb

"Badamdarda sürüşmə kütləsindən torpaq hissəsi ayrılıb. Həmin ərazidə axan torpaq durmuşdu, indi yavaş-yavaş bir hissəsi ayrılır, çökür".


Bunu APA-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Ekzogen Fövqəladə Hallar şöbəsinin müdiri Ramiz Rzayev deyib.


O bildirib ki, Badamdarda sürüşmə sahəsində aktivlik həmişəki kimidir: "Yağışlı hava şəraiti ilə əlaqədar torpaq ağırlaşıb, bir tərəf bir az qarşıya doğru axıb. Hələ ki, elə bir problem yoxdur. İşlər dayandırılıb. Havalar düzələndən sonra işlər davam etdiriləcək. İndi təhlükəlidir”.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bu gün sürüşmənin üzərində 50 metr enində torpaq kütləsi 20 metr irəliyə doğru sürüşüb.

Hazırda sürüşmə sahəsində gərginlik qalmaqdadır.


Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti