Xəzər Xəbər

Masallıda 16 yaşlı qızın toyundan bir neçə gün sonra ölümü ilə bağlı qətl maddəsi üzrə cinayət işi başlanıb - YENİLƏNİB

Cəmiyyət | 17:49 • 29 Yanvar 2020
Masallıda 16 yaşlı qızın toyundan bir neçə gün sonra ölümü ilə bağlı qətl maddəsi üzrə cinayət işi başlanıb -

Masallıda 16 yaşlı qızın ərə verildikdən bir neçə gün sonra ölməsi ilə bağlı cinayət işi başlanıb.


Masallı rayon Prokurorluğundan APA-ya bildirilib ki, 2003-cü il təvəllüdlü Qəmbərova Fatimə Mayıs qızının ölümü ilə bağlı cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə araşdırır.


***


17.34


Masallıda 16 yaşlı qızın ərə verildikdən bir neçə gün sonra ölməsi ilə bağlı araşdırmalara başlanıb.


Masallı rayon Prokurorluğundan APA-ya bildirilib ki, yetkinlik yaşına çatmayan qızın meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertizasına təqdim edilib.


Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.


Qeyd edək ki, "qafqazinfo.az" saytının yaydığı məlumata görə, rayonun Həsənli kənd sakini olan yetkinlik yaşına çatmayan qız iki həftə əvvəl Xoşçobanlı kəndindən olan oğlanla evləndirilib. Həmin qız bu gün dünyasını dəyişib.


Xəbər lenti