Xəzər Xəbər

Əhalinin kütləvi toplaşdığı ərazilərdə koronavirusla bağlı profilaktiki tədbirlər gücləndiriləcək

Cəmiyyət | 17:18 • 29 Yanvar 2020
 Əhalinin kütləvi toplaşdığı ərazilərdə koronavirusla bağlı profilaktiki tədbirlər gücləndiriləcək

Səhiyyə naziri Oqtay Şirəliyevin "Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmrinə uyğun olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) tərəfindən ölkə ərazisində profilaktik tədbirlərin gücləndirilməsi haqqında əmr imzalanıb.


Bu barədə APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib.


Onun sözlərinə görə, əmr şəhər, rayon gigiyena və epidemiologiya mərkəzlərinə, Su Nəqliyyatında Gigiyena və Epidemiologiya Mərkəzi, Hava Nəqliyyatında Gigiyena və Epidemiologiya Mərkəzi və Dəmiryolunda Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib.

Əmrdə yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik və dezinfeksiya tədbirlərinin gücləndirilməsi tapşırılıb: "Əhalinin kütləvi toplaşdığı bütün ərazilərdə profilaktik tədbirlər gücləndiriləcək”.

Məktəbəqədər və ümumi təhsil müəssisələrinin dezinfeksiyasına gəlincə, Z. Kazımov qeyd edib ki, bu tədbirlərin nə vaxt başlayacağı hələlik müəyyənləşməyib: "Bu məsələ ilə bağlı da əlavə tədbirlərin həyata keçirilməsi planlaşdırılır”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti