Xəzər Xəbər

Təhsil Nazirliyi 20 məsul şəxs barəsində intizam tənbehi tətbiq edib, bir nəfər işdən azad olunub

Cəmiyyət | 16:57 • 29 Yanvar 2020
Təhsil Nazirliyi 20 məsul şəxs barəsində intizam tənbehi tətbiq edib, bir nəfər işdən azad olunub

2019-cu ildə Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 "Qaynar xətt” xidmətinə 154 müraciət daxil olub.


Təhsil Nazirliyindən verilən xəbərə görə, Bakı şəhəri də daxil olmaqla, 5 şəhər və 31 rayon ümumi təhsil müəssisəsindən daxil olan müraciətlər şagirdlər arasında qısnama (bulinq) halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır.


Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb. Araşdırma nəticəsində təsdiqini tapmış hallar məktəblərin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb, fəaliyyətində nöqsanlara yol vermiş 20 məsul şəxs barəsində intizam tənbehi tətbiq edilib, 1 nəfər işdən azad edilib. 4 müraciətlə bağlı aidiyyəti orqanlarda araşdırma davam etdirilir.



Xəbər lenti