Xəzər Xəbər

Qan xəstələrinin dərman çatışmazlığının həlli üçün yeni təkliflər hazırlanıb

Cəmiyyət | 14:47 • 28 Yanvar 2020
Qan xəstələrinin dərman çatışmazlığının həlli üçün yeni təkliflər hazırlanıb

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası (HXRA) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) və Milli Hematologiya və Transfuziologiya Mərkəzinə hemofiliyalı və digər laxtalanma pozğunluğu olan xəstələrin dərman təminatı sahəsindəki problemlərin həlli üçün təkliflər paketi təqdim edib.


Bunu Trend-ə Assosiasiyanın prezidenti Gülnarə Hüseynova deyib.


Onun sözlərinə görə, hazırda Azərbaycanda belə xəstələr üçün dərmanlar tenderlə keçirilsə də, dərmanlar birbaşa istehsalçı şirkətdən deyil, yerli distribüter vasitəsilə alınır. Amma Assosiasiya bu dərmanların yerli distribüterin iştirakı olmadan, birbaşa istehsalçı şirkətdən almağı təklif edir.


G.Hüseynova qeyd edib ki, laxtalanma faktor konsentratları üçün milli səviyyədə tender və ya satınalma proseslərindən istifadə etmək lazımdır. Tender, satınalma sisteminə rəsmi olaraq uzunmüddətli klinisistləri və Milli Hemofiliya Təşkilatının nümayəndələrini daxil etmək (hazırda daxil edilmir) lazımdır.


Assosiasiya prezidenti hesab edir ki, məhsulları seçən tender, satınalma şurasına ən azı 1 hemofiliya müalicə üzrə həkimi və Milli Hemofiliya Təşkilatının nümayəndəsi daxil olmalıdır: "Tenderdə iştirak etməyə razılıq verən əczaçılıq şirkətləri maksimum aşağı qiymətlə razılaşmalıdırlar. Hökumət bir neçə şirkətlə davamlı olaraq dialoq aparmalı, faktor alışı artmalıdır və eyni zamanda büdcə azaldılmamalıdır".


G.Hüseynovanın qənaətinə görə, sadalanan təkliflərin reallaşması xəstələrin daha keyfiyyətli və alışı ucuz qiymətə başa gələn dərmanla təminatına, dərman çatışmazlığı probleminin həllinə kömək edə bilər.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti