Xəzər Xəbər

Qarında köp, allergiya, qıcolması olanlar Bu 8 qidadan uzaq olun!

Cəmiyyət | 11:48 • 27 Yanvar 2020
Qarında köp, allergiya, qıcolması olanlar

Alman qastroenteroloqu, professor Tomas Frilinq bağırsaqları məhv edən, dağıdan 7 qidanı açıqlayıb.

XəzərXəbər medicina.az-a istinadən bildirir ki, bu qidalardan yoğun bağırsağın xroniki iltihabı, selikli qişanın xoraları, daha sonra xərçəng ola bilir.

Bu qidalara - duzlu şoraba, hisə verilmiş, qaxac, konserv ət məhsulları, kolbasa, sosis, şokolad, konfet, marmelad, marqarin aiddir.

Həkim bildirir ki, allergiyası olanlar, qarında köpü olanlar, qıcolmadan və allergiyadan əziyyət çəkənlər ümumiyyətlə bu qidaları unutmalıdır.

Bəs nə yeməli: bişmiş kartof püresi, kələm, kələm turşusu, balıq, banan, meyvə püreləri, təmiz su bağırsağı qoruyur.

Xəbər lenti