Xəzər Xəbər

Akademik Bahadır Tağıyev vəfat edib

Cəmiyyət | 12:29 • 7 Yanvar 2020
Akademik Bahadır Tağıyev vəfat edib

Ölkəmizdə yarımkeçiricilər fizikası sahəsində tanınmış alim, Dövlət Mükafatı laureatı, "Şöhrət" ordenli, Milli Aviasiya Akademiyasının Ümumi və tətbiqi fizika kafedrasının müdiri, akademik Bahadır Tağıyev yanvarın 7-də 86 yaşında vəfat edib.


Bahadır Hüseyn oğlu Tağıyev 1934-cü il martın 13-də Masallı rayonunun Türkoba kəndində anadan olub. O, 1956-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu "Fizika" ixtisası üzrə bitirib.


Alim 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutun­da əmək fəaliyyətinə başlayıb, bu elmi müəssisədə aspirant, elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1996-2009-cu illərdə Milli Aviasiya Akademiyasında əvəzçi professor olub, 2009-cu ildən isə bu qurumun Ümumi və tətbiqi fizika kafedrasının müdiri idi.


B.Tağıyev 1965-ci ildə fizika üzrə fəlsəfə, 1978-ci ildə elmlər doktoru elmi dərəcələrini, 1984-cü ildə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.


O, 350 elmi məqalə, o cümlədən 40-a yaxın müəllif şəhadətnaməsi və patentin müəllifi idi. Alimin rəhbərliyi altında 30 fəlsəfə və 10 elmlər doktoru yetişdirilib.


Akademik B.Tağıyev elm sahəsindəki fəaliyyətinə görə, "Şərəf nişanı”, "Şərəfli əməyə görə” medalı, Dövlət Mükafatı laureatı və "Şöhrət" ordeninə layiq görülüb.


Şərəfli ömür yaşamış Bahadır Tağıyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.


Allah rəhmət eləsin!

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti