Xəzər Xəbər

Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı azalıb

Cəmiyyət | 14:17 • 3 Yanvar 2020
Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı azalıb

2019-cu ilin dekabr ayında Azərbaycanda "Facebook” istifadəçilərinin fəallığı noyabr ayı ilə müqayisədə 13,7 faiz bəndi azalıb.


"APA-Economics”in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, yanvarın 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 38,5% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 6,9 faiz bəndi azdır.


Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutur.


Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Instagram" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı 2019-cu ilin dekabr ayı ərzində 6,4 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin yanvarın 1-nə 16,6% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 9,5 faiz bəndi çoxdur.


2019-cu ilin dekabr ayı ərzində ölkə üzrə "Pinterest" şəbəkəsinin istifadəçilərinin fəallığı 5,7 faiz bəndi artıb. 2020-ci ilin yanvarın 1-nə olan məlumata görə, "Pinterest" Azərbaycan sosial media bazarında 16,1% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz bəndi çoxdur.


Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Twitter" – 13,74%, "YouTube" – 10,07%, "Google+" – 2,07%, "VKontakte" – 1,35% və s.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti