Xəzər Xəbər

Yol polisi sürücülərə və piyadalara müraciət edib

Cəmiyyət | 09:39 • 3 Yanvar 2020
 Yol polisi sürücülərə və piyadalara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edib.


İdarədən xezerxeber.az-a daxil olan müraciətdə bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, 02.01.2020-ci il tarixdən etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur.


"Bununla əlaqədar olaraq yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsi növbəti dəfə sürücülərə müraciət edərək bildirir ki, avtomobil idarə edərkən diqqətli olsunlar, sürət həddini şəraitinə uyğun seçsinlər. Ölkənin bəzi dağlıq ərazilərində yolların buz bağlamasını nəzərə alaraq, belə hava şəraitində kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etməkdən çəkinsinlər. Həmçinin, piyadalar da hava şəraitinin dəyişməsini nəzərə alaraq yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etməlidirlər. Piyadalara sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan geyimlərə üstünlük verməyi, yolu özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaratmadan keçməyi tövsiyə edərdik”, - deyə müraciətdə qeyd olunub.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti