Xəzər Xəbər

Şişirdilmiş ştatlar, paralel qurumlar ləğv ediləcək - İsa Həbibbəyli

Cəmiyyət | 11:38 • 26 Dekabr 2019
Şişirdilmiş ştatlar, paralel qurumlar ləğv ediləcək -

AMEA prezidenti, akademik Ramiz Mehdiyev bu qurumda islahatların həyata keçirilməsi istiqamətində iş aparır. Bununla əlaqədar akademiyanın müxtəlif sahələrində bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulur.


Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasında islahatlarla bağlı bəzi şişirdilmiş məlumatlar yayılır.


Vitse-prezident əlavə edib ki, AMEA-da kütləvi ixtisarların aparılması nəzərdə tutulmur: "Harada paralel qurumlar, artıq, şişirdilmiş ştatlar varsa, onların aradan qaldırılması nəzərdə tutulur. Akademiyada ixtisarların olacağı barədə ajiotaj yaratmağa dəyməz. Sadəcə olaraq, AMEA-da təkmilləşdirmə işləri aparılacaq”.


İ.Həbibbəyli əlavə edib ki, AMEA-nın dekabrın 28-də keçiriləcək ümumi yığıncağında elmi müəssisələrin birləşdirilməsi ilə bağlı heç bir məsələ müzakirə olunmayacaq: "Bu yığıncaq akademiyanın Rəyasət Heyətinin təşkilati strukturunda islahatların aparılması ilə bağlı problemləri həll edəcək. Bu yığıncaqda əslində yeni tipli Rəyasət Heyətinin formalaşdırılması və onun işinin stimullaşdırılması istiqamətində qərarlar qəbul ediləcək. Bu isə akademiyanın tarixində yeni bir mərhələnin başlaması deməkdir”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti