Xəzər Xəbər

AMEA-nın akademik katib ştatları ləğv edilir

Cəmiyyət | 11:10 • 26 Dekabr 2019
AMEA-nın akademik katib ştatları ləğv edilir

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bölmələrin akademik katibi ştatlarının ləğv edilməsi nəzərdə tutulur. Bu məsələ AMEA-nın dekbarın 28-də keçiriləcək Ümumi yığıncağında müzakirəyə çıxarılacaq.


Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.


Onun sözlərinə görə, islahatların aparılması üçün AMEA-nın nizamnaməsində müəyyən dəyişikliklərin edilməsi zərurəti yaranmışdı. Bununla əlaqədar artıq AMEA-nın nizamnaməsində uyğun dəyişikliklər edilib.


Vitse-prezident qeyd edib ki, AMEA-nın yeniləşmiş nizamnaməsi AMEA-nın dekabrın 28-də keçiriləcək Ümumi yığıncağında müzakirəyə çıxarılacaq. Yeni nizamnaməyə əsasən, ləğv edilən akademik katiblərin kuratorluq etdiyi sahələrə AMEA-nın həmin sahələrə cavabdeh olan vitse-prezidentlərin rəhbərlik etməsi nəzərdə tutulur. İndiyədək bölmələrə kuratoqluq edən vitse-prezident indi həmin bölmənin sədri funksiyasını yerinə yetirəcək və həmin sədrin də köməkçisi olacaq:


"Bunlar paralel qurumlardır. Başqa ölkələrdə də buna uyğun islahatlar aparılır. AMEA-da bu paralel qurumları aradan qaldırmağı nəzərdə tutur. Bütün bunlar AMEA-da optimallaşdırmanın və ixtisarların aparılması ilə bağlı bir çox məsələləri həll etməyə kömək edəcək. Həmin ştatlar ləğv edildikdə onlara bağlı köməkçi qurumların da ixtisarı aparıla bilər. Hazırda bu istiqamətdə iş aparılır”.


İ.Həbibbəyli qeyd edib ki, vitse-prezidentlərin köməkçisinin akademik olması zəruri deyil. Həmin köməkçi vəzifələri seçkili deyil, təyinat vəzifələri olacaq.


Xatırladaq ki, dekabrın 28-də AMEA Rəyasət Heyətində akademiyanın Ümumi yığıncağı keçiriləcək.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
389 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti