Xəzər Xəbər

Oqtay Gülalıyev gözünü açdı

Cəmiyyət | 09:29 • 26 Dekabr 2019
Oqtay Gülalıyev gözünü açdı

Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində müsbətə doğru dəyişiklik var

Trend-in məlumatına görə, hüquq müdafiəçisinin xanımı Firuzə Gülalıyeva bildirib ki, bir həftədən çoxdur Oqtayın hərarəti yüksəlmir, böyrəklərində kreatinin səviyyəsi azalıb və daha rahat nəfəs alır: "Oqtay artıq sağ gözünü açır. Həkimlərin sözlərinə görə, komadan ayılma ehtimalı artır, amma buna hələ zaman lazımdır”.

Xatırladaq ki, O.Güləliyev qəzadan sonra onu vuran sürücü Kənan Abdullayev tərəfindən "Semaşko”ya aparılıb, oradan isə "City Hospital” xəstəxanasına aparılaraq əməliyyat olunub.

Komada olduğu üçün ailəsinin istəyi ilə Heydər Əliyev Fondunun yardımı əsasında müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verilib.


Xəbər lenti