Xəzər Xəbər

Bayram günlərində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işləməyəcək

Cəmiyyət | 15:51 • 25 Dekabr 2019
Bayram günlərində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işləməyəcək

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl bayramı ilə əlaqədar 31 dekabr – 5 yanvar tarixində "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, 6 yanvar tarixindən etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Xəbər lenti