Xəzər Xəbər

Bu il Bakıda avtoxuliqanlıq edən 144 sürücü saxlanılıb

Cəmiyyət | 15:21 • 25 Dekabr 2019
Bu il Bakıda avtoxuliqanlıq edən 144 sürücü saxlanılıb

Bu ilin 11 ayında Bakıda yol hərəkəti qaydalarını pozduğu üçün məsuliyyətə cəlb edilən sürücülərin statistikası açıqlanıb.


Bu barədə APA-ya açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov qeyd edib ki, bu ilin 11 ayında yol hərəkəti qaydalarını pozan sürücülər barəsində 556 min 921 inzibati protokol tərtib edilib. Onlardan 397848 protokol sürət həddini aşılmasına görə yazılıb.


Bundan başqa, bu ilin 11 ayı ərzində 5094 sərxoş, yol polisinin saxla əmrinə tabe olmayan 1488, avtoxuliqanlıq etdiyinə görə is 144 sürücü saxlanılaraq inzibati məsuliyyətə cəlb ediliblər.

Xəbər lenti