Xəzər Xəbər

Nazir müavini: “Ali məktəblər elmi-tədqiqat fəaliyyətini kommersiyalaşdırmalıdır”

Cəmiyyət | 13:47 • 25 Dekabr 2019
Nazir müavini: “Ali məktəblər elmi-tədqiqat fəaliyyətini kommersiyalaşdırmalıdır”

"Azərbaycanda ali təhsil müəssisələri elmi-tədqiqat fəaliyyətinə diqqət yetirməli və bu fəaliyyəti kommersiyalaşdırmalıdır.


APA-nın məlumatına görə, bunu Təhsil nazirinin müavini İdris İsayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində HPC Mərkəzinin açılışı zamanı çıxışında deyib.


Onun sözlərinə görə, son 25-30 ildə cəmiyyətin sürətli inkişafı ilə əlaqədar bir çox ölkələr innovasiya və təhsilə xüsusi diqqət yetirir və bu sahəyə investisiya yatırırlar: "Son 10 ildə belə ölkələrdə əsas fondlara yönəldilən investisiyanın artım sürəti 2,2 faiz, təhsil və innovasiyalara yönəldilən investisiyanın artım sürəti 3,4 faiz təşkil edir”.


Nazir müavini deyib ki, bu gün ömür boyu təhsil, bilik əsaslı iqtisadiyyat təhsilin əsas istiqamətlərindən biridir: "Ona görə də ali təhsil müəssisələrimiz bu proseslərin başında durmalı, innovasiyaların daşıyıcısı deyil, yaradıcısı olmalıdırlar. Bu, bizim əsas hədəfimizdir. Strateji yol xəritələrində də təhsil müəssisələrinin innovasiya xarakterli fəaliyyəti dəstəklənib".


İ. İsayev əlavə edib ki, ali məktəblərin müəyyən bir qismində biznes-inkubator, texnologiyalar üzrə baza resurs kimi mərkəzlər var, bəzi start-up layihələri dəstəklənir, ancaq bunlar kifayət deyil.

Xəbər lenti