Xəzər Xəbər

Körpələr niyə ağlayır? – Həkim izahı

Cəmiyyət | 15:37 • 24 Dekabr 2019
Körpələr niyə ağlayır? – Həkim izahı

Körpə dünyaya ağlayaraq gəlir, bunu hamımız bilirik. Əvvəl-əvvəl bundan narahatlıq keçirmirik, amma bir müddət sonra körpənin ağlaması valideynləri düşünməyə vadar edir.

Körpəni sakitləşdirməzdən əvvəl niyə ağladığını bilmək vacibdir.

Doğuşdan əvvəl ana, göbək ciyəsi ilə körpənin ağciyərlərinə qulluq edir. Körpə doğulduqdan sonra göbəkdən ayrılır və ciyərləri açılmağa başlayır. Bu, ağrılı prosesdir. Yeni doğulmuş körpənin ilk nəfəs hərəkəti ilə ağlamasının səbəbi əslində uşağın ağciyərlərinin açılması ilə əlaqədardır.

Körpələrin ağlamasının səbəbləri bunlardır:

Ac olduqda ağlamaq.Yeni doğulmuş körpələr istədikləri zaman ana südü ilə qidalanmalıdırlar. Qidalanma müddətindən 3 saat keçibsə, körpəni oyatmaq və süd vermək lazımdır. Ana və körpə arasındakı ən təsirli əlaqə ana südü ilə təmin edilir. Buna görə körpələr aclıqlarını ağlayaraq bildirirlər.

Ev isti ola bilər.Körpələr kiçik olduqları üçün onların soyuğa həssas olduqları düşünülür. Buna görə də yayda pəncərələr bağlı qalır və qış günlərində evin istiliyi artır. Bu, körpələri əsəbiləşdirə və onların ağlamasına səbəb ola bilər. Temperaturu 21 ilə 24 dərəcə saxlamaq lazımdır

Qalın paltar.Bir çox ailələr körpələrə soyuq olacağını nəzərə alaraq onları qalın və sıx geyinmək istəyirlər. Əslində isə körpələri öz geyiminizdən bir qat əlavə geyindirməyiniz kifayətdir.

Vaxtında dünyaya gələn körpələr üçün ilk 10 gün və erkən körpələr üçün ilk 15 gün papaq qoyulması yetərlidir. Bundan əlavə, ilk ay ərzində müxtəlif əlcəklər taxmaq məqsədəuyğundur. Növbəti aydan əlcək geyinməyə ehtiyac yoxdur, çünki körpələr əllərinə baxıb, təmas etmək istəyəcək.

Havasız mühit.Soyuq dövrlərdə qızdırıcı yanmağa başlayır. Otaqda hava azalır və quruluq yaranır. Buna görə körpələri tez-tez havaya çıxarmaq lazımdır. Eyni zamanda, otağın havası tez-tez dəyişdirilməlidir.

Burun tıxanıqlığı.Yetkinlər ağız və burun vasitəsilə nəfəs ala bilər. Ancaq körpələr ağızla nəfəs almağı bacarmırlar. Körpənin burnu tıxanarsa, ağızla nəfəs almağı bilmədiyi üçün ağlamağa başlayır. Xüsusilə isti evdə körpələrin selikli qişası quruyur və şişir.

Köpü ola bilər.2 və ya 3 həftəlik körpədə köp ağrısı mümkündür. Bu proses ikinci aya qədər uzanır və yavaş-yavaş yox olur. Bunun səbəbi körpənin bağırsaqlarının yeni nizama alışmasıdır.

Köp ağrıları müvəqqəti prosesdir. Körpənin bağırsaqları böyüdükcə sola və sağa hərəkət etdikdə köpü keçir.

Qidaya allergiya.Qida allergiysı bəzən köplə səhv salınır. Süd verəm anaların istehlak etdikləri bəzi qidalar və ya ana süd çatışmazlığı üçün istifadə edilən bəzi yeməklər körpələrdə qida allergiyasına səbəb ola bilər. Qida allergiyası zamanı yeganə simptom ağlamaq deyil, körpədə şiddətli qusma, dırnaqlarda qırılma, yanlarında çatlama, qanlı-selikli nəcis allergiya əlamətidir.

Sidik yollarının infeksiyası.Unutmamalıyıq ki, xüsusilə qızlarda sidik yolları infeksiyalıdır. "Körpə ağlayır" deyib keçməyin, bu, sidik yolları infeksiyalarının xəbərçisi ola bilər. Bu zaman qızdırma, qusma, çəki azalma kimi əlamətlər müşahidə olunur.

Qəbizlik.Ana südü ilə qidalanan körpələr gündə 6-8 dəfə, bəzən bir həftə ərzində qəbiz ola bilərlər. Körpələr rahatdırsa, heç bir problem yoxdur. Əksinə, narahatlıq, ağlama, qarın boşalması varsa, mütəxəssislə məsləhətləşmək lazımdır.

Qulaq infeksiyası. Qulaqdakı infeksiyalar və qulaqda mayenin yığılması da ağlamağa səbəb ola bilər.

Dişçıxarma dövrləri.Bəzi körpələr dişçıxarma dövrünü problemsiz keçirsə də, bəzilərində fərqli narahatlıqlar olur. Ağlama, narahatlıq, qusma, ishal dişçıxarma zamanı meydana gələ bilər./teleqraf

Xəbər lenti